16 Aprel 2018 14:30
644
12 Punto 14 Punto 16 Punto 18 Punto

FHN Qaradağda baş verən ağır qəza ilə bağlı məlumat yayıb.

Nazirlikdən Teleqraf.com-a verilən məlumata görə, Böhran Vəziyyətlərdə İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Qaradağ rayonunda “VAZ” markalı minik avtomobili və “KAMAZ” markalı yük avtomobili toqquşub.

Hadisə yerinə cəlb olunmuş Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri minik avtomobilinin sürücüsü, 1984-cü il təvəllüdlü Qasımov Mansur Yasən oğlunun meyitini deformasiyaya uğramış nəqliyyat vasitəsindən çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.

Əməliyyat başa çatıb.


Müəllif: Teleqraf.com