21 Aprel 2018 14:13
1 875
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin keçmiş Milli Müdafiə naziri Ərcan Vuralxanın Fateh Sirkəçidə bir kafedə boğazından bıçaqlanaraq öldürüldüyü anların təhlükəsizlik kameralarına düşmüş görüntüsü üzə çıxıb.

Teleqraf.com xəbər verir ki, keçmiş Milli Müdafiə naziri Ərcan Vuralxanın qatili 4 il boyunca ona 650 min dollar və 350 min lirə verdiyini bildirib.

Qatil qətli törətməsinin səbəbini belə izah edib: “Vuralxan məndən daha 2500 lirə verməyi tələb etdi. Ağlım başımdan çıxdı”.

Xatırladaq ki, Türkiyənin keçmiş Milli Müdafiə naziri Ərcan Vuralxan Plastik şirkət sahibi olan Yüksək Qarababa tərəfindən bıçaqlanaraq öldürülüb. Hadisədən sonra polisə təslim olan Yüksək Qarababanın ifadəsi alınıb.


Müəllif: Alpər

Oxşar xəbərlər