22 Aprel 2018 23:57
1 590
12 Punto 14 Punto 16 Punto 18 Punto

Taylandda polis pul qarşılığında azyaşlılarla cinsi əlaqəyə girən ingiltərəli iş adamlarını saxlayıb.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, iş adamlarını cinayət başında yaxalamaq üçün gecə yarısını gözləyən polis əməliyyatı video-lentə alıb.

Polis rəisi Naris Nivapantavonq deyib ki, biznesmenlər partnyorlarını bir-biri ilə dəyişirmiş. Onun sözlərinə görə, cinsi gücün artırılması məqsədilə istifadə olunan dərman preparatları dəlil olaraq götürülüb. Naris Nivapantavonq polisə bu barədə məlumat daxil olan kimi əməliyyat təşkil edib axşam saatını gözlədiklərini və gecə yarısı otelə daxil olduqlarını qeyd edib.

Qeyd edək ki, Tayland seks-turizmin ən güclü inkişaf etdiyi ölkələrdəndir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər