Sabiq dövlət müşaviri Vəfa Quluzadə Azərbaycan və Ermənistan prezidentlərinin Soçiyə dəvət olunmasının səbəbi barədə şok açıqlama verib.
Publika.az-a açıqlamasında V. Quluzadə bildirib ki, Soçi görüşünün əsl səbəbi Rusiyanın Azərbaycandan iqtisadi, ticarət və maliyyə güzəştləri qopartması olub.
“Rusiya müharibədə maraqlı deyil. Deməli, Ermənistan da buna getməyəcək. Bunların hamısı şou idi. Rusiya cəbhədə gərginlik yaradaraq Azərbaycana təzyiq göstərmək və Soçi görüşünü təşkil etmək istəyirdi. Məqsəd Azərbaycanla müxtəlif məsələləri həll etmək idi. Çünki Rusiya sanksiyalara məruz qalıb və Azərbaycanla iqtisadi əməkdaşlıq ona lazımdır. Orada Sərkisyanın iştirakına heç bir ehtiyac da yox idi. Putin yalnız İlham Əliyevi Soçiyə dəvət etsəydi, bu, Rusiyanın Ermənistanı satdığına dair əsassız iddialara səbəb olacaqdı. Halbuki bu, heç vaxt mümkün deyil. Soçi görüşü iqtisadi məsələlərin Azərbaycanla üzbəüz müzakirə olunması üçün təşkil olunmuşdu”, – sabiq dövlət müşaviri vurğulayıb.
V.Quluzadənin sözlərinə görə, mətbuatda səslənsin deyə Soçi görüşündə digər məsələlərə toxunulmuşdu.