Liviyanın cənub-qərbində hərbi karqo təyyarəsi qəzaya uğrayıb.
Teleqraf.com xəbər verir ki, ölkənin 750 kilometr cənub-qərbində yerləşən Şərarə neft sahəsinin yaxınlığında yerləşən aeroportdan paytaxt Trablusa getmək üçün havaya qalxan Liviya Silahlı Qüvvələrinə aid kargo təyyarəsi qalxdıqdan bir neçə dəqiqə sonra yerə düşüb.
Təyyarədə uçan 6 nəfərdən yalnız birinin həyatı xilas edilib.