30 Aprel 2018 13:36
959
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bir ölkə digər xarici ölkəyə turisti göndərirsə, əlbəttə ki, mütləq vətəndaşı sığorta edib göndərməlidir.

Bu sözləri Teleqraf.com-a açıqlamasında Azərbaycan Turizm Assosiasiyası (AzTA) sədrinin müşaviri Müzəffər Ağakərimov deyib.

Onun sözlərinə görə, son olayda turistin ürək çatışmazlığından otağında dünyasını dəyişdiyi təsdiqləndi: “Turistin başına gələn hər hansı məsələni hüquq-mühafizə orqanları aydınlaşdırır. Ümumilikdə isə bəlkə orda dava və ya başqa şey baş verib. Ona görə hüquq-mühafizə orqanları məsuliyyətin kimdə olduğunu və məsələnin nə səbəbdən baş verməsini aydınlaşdırır”.

Qeyd edək ki, Bakıda keçirilən Formula 1 yarışlarını izləmək üçün Azərbaycana gələn turist qaldığı oteldə vəfat edib. Hadisə aprelin 29-u səhər 09:30-da baş verib. İrlandiya vətəndaşı, 1957-ci il təvəllüdlü Allan Frederik "Tarqovı"da, Xəqani Ticarət Mərkəzində yerləşən "Centrum" hosteldə otağında ölü tapılıb. O, ürək çatışmazlığından vəfat edib. A. Frederikin artıq çəkidən əziyyət çəkdiyi bildirilir.


Müəllif: Şəfiqə Nazimqızı

Oxşar xəbərlər