"Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev "Gənclik" metrosunda baş verən hadisəni təsdiqləyib.
Nəsimi Paşayev Teleqraf.com-a bildirib ki, relslərin üzərinə atılan şəxs Bakı şəhər sakini 1997-ci il təvəllüdlü Zülfüqarov Elvin Əli oğludur:
"Hadisə saat 13:45-də, qatar platformada olmayan vaxt baş verib. Gənc dostu ilə mübahisə edərkən özünü aşağı, relslərin üstünə atıb. Polis və metropoliten əməkdaşları tez müdaxilə edərək, onu çıxarıblar. Xəsarət alan olmayıb”.
***
13:56
Metronun "Gənclik" stansiyasında təxminən 19-20 yaşlarında gənc relslərin üzərinə düşüb.
Teleqraf.com-un məlumtına görə, o, tunelə doğru hərəkət edirmiş. Metro əməkdaşları gənci platformadan çıxarıb.
Hərəkət bərpa edilib.