27 Aprel 2014 14:49
1 166
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 27-də Serbiya Respublikasının keçmiş Prezidenti Boris Tadiçi qəbul etdi.

Görüşdə Azərbaycan ilə Serbiya arasında siyasi, iqtisadi və digər sahələrdə ikitərəfli əlaqələrin uğurla inkişaf etdiyi bildirildi, münasibətlərimizin genişlənməsində yüksək səviyyəli qarşılıqlı səfərlərin önəmi vurğulandı.

Söhbət zamanı Bakıda keçiriləcək II Qlobal Açıq Cəmiyyətlər Forumunun beynəlxalq əməkdaşlığın genişləndirilməsinə öz töhfəsini verəcəyinə əminlik ifadə olundu.

Prezident İlham Əliyev aprelin 27-də Xorvatiya Respublikasının keçmiş Prezidenti Stepan Mesiçini də qəbul etdi.

Görüşdə Azərbaycan ilə Xorvatiya arasında əlaqələrin müxtəlif sahələrdə dinamik inkişafından məmnunluq ifadə edildi, iqtisadi sahədə əməkdaşlığın genişləndirilməsi üçün yaxşı potensialın olduğu vurğulandı, Bakıda keçiriləcək II Qlobal Açıq Cəmiyyətlər Forumunda müzakirə ediləcək məsələlərin ölkələrarası əməkdaşlığın inkişafı baxımından əhəmiyyəti qeyd olundu.

Prezident İlham Əliyev bu gün həmçinin İsrail Dövlətinin keçmiş Baş naziri Ehud Barakı qəbul etmişdir.
Görüşdə ölkələrimiz arasında ikitərəfli əlaqələrin uğurla inkişaf etdiyi bildirildi. Bakıda keçiriləcək II Qlobal Açıq Cəmiyyətlər Forumunun ölkələrarası əməkdaşlığın davamlı inkişafı ilə bağlı müzakirələr aparılması üçün yaxşı imkan yaratdığı vurğulandı.


Müəllif:

Oxşar xəbərlər