13 May 2018 19:30
1 904
12 Punto 14 Punto 16 Punto 18 Punto

İngiltərədə oyuncaqla yatan körpə faciəvi şəkildə dünyasını dəyişib.

Teleqraf.com xəbər verir ki, Leksi Valş adlı ana səhər ayılarkən 18 aylıq körpəsinin oyuncağın altında ölmüş vəziyyətdə görüb.

Deksi Leyç Valş adlı körpə qız hər gecə özündən böyük ayı oyuncaqla yatırmış. Sonuncu dəfə oyuncaq körpənin üstünə aşıb və azyaşlı ağırlığa tab gətirməyərək dünyasını dəyişib.

Ana körpəsini böyük oyuncaqla yatmağa imkan verdiyi üçün özünü günahkar sayır.


Müəllif: Mənsur Rəğbətoğlu