Bakı-Şamaxı-Yevlax magistral yolu bağlanıb.
Buna səbəb güclü selin saat 21.00 radələrində ölkə əhəmiyyətli, təxminən 40 metr uzunluğu olan körpünü tamamilə uçurmasıdır.
Qeyd edək ki, bundan əvvəl avtomobil körpüsünün yanındakı piyada körpüsünü sel aparıb.
Xatırladaq ki, körpüdə çökmə təhlükəsi səbəbindən nəqliyyatın hərəkəti bu gün günorta saatlarından dayandırılıb.