3 İyun 2018 01:47
967
12 Punto 14 Punto 16 Punto 18 Punto

Güclü yağış nəticəsində yaranan sel suları səbəbindən Göyçay çayının Ucar rayonundan keçən hissəsində suyun səviyyəsi kəskin artıb.

Ucar-Zərdab yolunun Ucar rayonunun Lək kəndindən keçən hissəsindəki körpünün hər an uçma təhlükəsi yaranıb. Əraziyə xeyli sayda ağır texnikalar cəlb olunub. Saat 16 radələrindən çayda suyun səviyyəsi hər saata təxminən 10 santimetr qalxır. Göyçay çayından Ucar rayonunun Xalac kəndinə ayrılan qolda da suyun qarşısını kəsmək mümkün olmadığından qonşu rayonlardan əraziyə ağır texnikalar gətirilib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər