Samux rayonu, Əhmədbəyli kəndi ərazisində su kanalında 1994-cü il təvəllüdlü Allahverdiyev Ceyhun Zaməddin oğlunun axtarışları başa çatıb.
Teleqraf.com-un Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən məlumatına görə, C.Allahverdiyevin meyiti Kiçik Həcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.