ABŞ-ın Texas ştatının sakini Dekster Harrison pişiyi döydüyünə görə öldürülüb.
Teleqraf.com xəbər verir ki, bu barədə “USA.one” məlumat yayıb.
Xəbərə əsasən, Dallas şəhərində atəş səsləri eşidilib. Hadisə yerinə gələn polisləri 47 yaşlı Meri Harrison qarşılayıb. O, həyat yoldaşı ilə mühabisə etdiyini və Deksterin pişiyi vurduğunu deyib. Qadın isə tapançadan atəş açaraq ərini öldürüb.
Qanuna əsasən? qadının susmaq hüququ olsa da, dedektivlərlə əməkdaşlığa razılıq verib. O, dindirmə zamanı ərini vurduğunu etiraf edib.
Faktla bağlı cinayət işi açılıb.