Hacıqabul rayonunda 11 yaşlı oğlan Kür çayında batıb.
Teleqraf.com Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Hacıqabul rayonu, Meyniman kəndi ərazisində Kür çayında 2007-ci il təvəllüdlü Zərbalıyev Davud Pirverdi oğlu batıb.
Nazirliyin Kiçik Həcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.