7 İyun 2018 15:31
1 624
12 Punto 14 Punto 16 Punto 18 Punto

İtaliyanın Albano gölündə batmış azərbaycanlı tələbənin axtarış işlər davam etdirilir.

Bunu APA-ya açıqlamasında Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib.

H. Hacıyev bildirib ki, 2 iyun tarixində Roma vaxtı ilə 18:00 radələrində Roma şəhərindən 25 km uzaqlıqda yerləşən Albano gölündə bir Azərbaycan vətəndaşının itkin düşməsi barədə məlumat daxil olub: “Məsələ ilə bağlı Azərbaycanın İtaliyadakı səfirliyinin konsulluq məsələlərinə məsul əməkdaşı hadisə yerinə ezam edilib. O, İtaliyanın polis xidməti, xilasetmə və təcili yardım qrupu əməkdaşları ilə təmaslar quraraq hadisənin səbəbləri, mövcud vəziyyət, itkin düşmüş şəxsin kimliyi barədə məlumat alıb. Məlum olub ki, İtaliyada təhsil alan iki nəfər azərbaycanlı tələbə Albano gölünə gedib. Göldə katamaranda hərəkətdə olarkən onlardan biri - Elnur Babayev göldə üzməyə çalışıb. Onun yanında olan digər tələbənin verdiyi məlumata görə, Elnur Babyev üzə bilməyib və dostunun xilas cəhdlərinə baxmayaraq, batıb”.

H. Hacıyev deyib ki, məsələ ilə əlaqədar Azərbaycanın İtaliyadakı səfiri Məmməd Əhmədzadə hadisə yerinə dəfələrlə baş çəkib, hüquq-mühafizə orqanlarının rəhbərləri ilə görüşlər keçirib və hadisə yerinə dalğıc xidmətinin cəlb olunması təmin edilib: “Bu göl tektonik göldür. Onun dibi və relyefi mürəkkəb quruluşa malikdir, bu isə axtarış işlərini çətinləşdirir. Bu günə qədər də İtaliyanın xilasedici qrupu tərəfindən axtarış işləri davam etdirilir. Elnur Babayevin ailəsinə də hadisə barədə məlumat verilib. Onun atasının İtaliyaya gəlməsi və hadisə yerinə baş çəkməsi təmin olunub. İtaliyadakı səfirlik konsulluq xidməti çərçivəsində baş vermiş hadisə ilə əlaqədar bütün lazımı tədbirləri və səyləri görməkdədir”.


Müəllif:

Oxşar xəbərlər