ABŞ-ın Texas əyalətində yaşayan kişi evinin həyətində qıvrılıb qalmış ilanın başını kəsib.
Teleqraf.com xəbər verir ki, o, iki yerə ayırdığı ilanın hissələrini zibil qutusuna atmaq istəyərkən gözlənilməz hücuma məruz qalıb. İlanın kəsilmiş başı qəfil kişinin əlini sancıb. Həkimlərin ciddi müdaxiləsindən sonra həyatı xilas olan kişinin əlləri hazırda öz funksiyasını ititb.
Həyat yoldaşı Cennifer Sutcliffe bildirib ki, ilanın uzunluğu 1,25 metr olub: "Yoldaşım ilanı öldürdü. Sonra ilanın hissələrini zibilliyə atmaq istəyərək kəsilmiş baş onun əlini sancdı. Bir neçə saat sonra ərimin halı pisləşdi, bədəni şişməyə başladı. Onu helikopterlə xəstəxanaya apardılar. Həkimlərin müdaxiləsindən sonra o, yaxşılaşsa da, ilanın sancdığı əli qaralıb".