İki gündür Şamaxıya yağan güclü leysan nəticəsində dağlardan gələn sel suları rayonunun Mədrəsə kəndini rayon mərkəzi ilə birləşdirən avtomobil yolunun bağlanmasına gətirib çıxarıb. Yaxınlıqdakı həyətlərə də su dolub. Əraziyə texnikalar cəlb olunub.
Sakinlərin sözlərinə görə qəfildən gələn sel-suları piyadalara və mal qaraya təhlükə yaradıb. Körpünü keçmək istəyən bəzi sürücülərə ciddi ziyan dəyib, avtomobillərin mühərriki sıradan çıxıb.
Rayondan kəndə sərnişin daşıyan avtobusun da mühərriki sıradan çıxıb.
Rayon fövqəladə hallar komissiyasının sədri Qasım Qasımov "Xəzər Xəbər"ə bildirib ki, əraziyə texnikalar cəlb olunub.Yoldakı problem aradan qaldırılıb. Lakin yenidən güclü yağış yağarsa eyni problem yaşana bilər.