Fransanın paytaxtı Parisdə silahlı şəxs tərəfindən girov götürülmüş insanlar azad edilib.
Teleqraf.com xəbər verir ki, bu barədə Fransanın daxili işlər naziri Jerar Kollon öz Twitter səhifəsində yazıb.
J.Kollon bildirib: "Silahlı şəxs saxlanılıb və girovlar azad edilib. Polis və xilasetmə xidmətlərinin sürət və peşəkarlığını alqışlayıram".
21:28
Fransa paytaxtı Parisin 10-cu bölgəsindəki Petites Ecuries küçəsində naməlum şəxs üç nəfəri girov götürüb.
Teleqraf.com xəbər verir ki, polis girovları azad etmək üçün silahlı şəxslə danışıqlar aparır. Ərazidə nəqliyyatın hərəkəti məhdudlaşdırılıb.
Girov götürülənlərdən biri hamilə qadındır.
Silahlı İran səfiri ilə görüş tələb edir.
Hadisənin motivi açıqlanmır.