Ağcabədi rayonunda avtomobil oğurluğu törədən şəxsin tutulması üçün əməliyyat keçirilib.
Daxili İşlər Nazirliyini mətbuat xidmətinin Bərdə regional qrupundan Teleqraf.com-a verilən məlumata görə, cari ilin yanvar ayında Ağcabədi rayon sakini Sədi İbrahimov polis şöbəsinə ərizə ilə müraciət edərək, ona məxsus “VAZ-21011” markalı avtomobilin oğurlandığı barədə məlumat verib.
Məlumatla əlaqədar cinayət işi açılıb, araşdırmalar aparılıb.
Araşdırmalarla oğurlanan maşının Beyləqan rayon ərazisində kanala atıldığı müəyyən edilib. Oğurlanan maşın götürülərək sahibinə qaytarılıb.
Polis əməkdaşları tərəfindən davam etdirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli
Abşeron rayon sakini Rəşad Səlimli saxlanılıb.
Rəşad Səlimli dindirilmə zamanı törətdiyi cinayət əməlini etiraf edib.
Faktla bağlı araşdırmalar davam etdirilir.