Yevlaxda piyadanın xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.
Hadisə şəhərin Səməd Vurğun küçəsində qeydə alınıb.
Küçədə 50-55 yaşlı kişi yolu keçmək istəyən zaman avtomobil onu vurub. Ağır kəllə-beyin travması alan şəxs xəstəxanaya yerləşdirilib. Hazırda onun şəxsiyyəti dəqiqləşdirilir.
Faktla bağlı araşdırma aparılır.