17 İyun 2018 14:35
918
12 Punto 14 Punto 16 Punto 18 Punto

Çinin Qinqdao şəhərində baş verən şiddətli fırtına insanlara maraqlı anlar yaşadıb.

Teleqraf.com xarici KİV-ə istinadla xəbər verir ki, sahil şəhərində göydən yağan dəniz ilbizləri və krevetlər insanları təəccübləndirib.

Fırtınanın güclü təsirilə dənizdən qalxan canlılar küçələrdə insanların və avtomobillərin üstlərinə tökülüblər.

Küçələrdə görüntülənən dəniz canlılarının fotoları sosial şəbəkələrdə maraqla qarşılanıb.


Müəllif: Mənsur Rəğbətoğlu