Türkiyənin Mərsin şəhərində 25 yaşlı çavuş Tolqa Qaşıqçının öz toyuna hərbi formada gəlməsi sosial şəhəkələrdə diqqət çəkib.
Teleqraf.com Türkiyə KİV-inə istinadla xəbər verir ki, 23 yaşlı Gizəm Arduçlu ilə ailə quran hərbçi bəy kostyumu əvəzinə hərbi forma geyinib.
Tolqa Qaşıqçının hərbi geyimə üstünlük verməsi toya gələnlərin marağına səbəb olub, dəvətlilər cütlüyü alqışlarla qarşılayıb.