Yaponiyanın Osaka şəhərində baş vermiş zəlzələdə həlak olanlar və yaralananlar arasında Azərbaycan vətəndaşı yoxdur.
Bu barədə Teleqraf.com-a Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətindən məlumat verilib.
Qurum bəyan edib ki, Azərbaycanın Yaponiyadakı səfirliyi məsələni diqqətdə saxlayır.
***
09:04
Yaponiyanın Osaka şəhərində baş vermiş 6.1 bal gücündə zəlzələdə ölü və yaralıların sayı açıqlanıb.
Teleqraf.com-un məlumatına görə, zəlzələ zamanı aralarında 9 yaşlı qız olmaqla 3 nəfər ölüb, 200 nəfər xəsarət alıb.
Sunami xəbərdarlığı olunmayıb.
Öncə zəlzələnin 5.9 bal gücündə olduğu bildirilsə də, sonradan təkanların daha şiddətli olduğu müəyyənləşdirilib.