Amerika Erməni Milli Komitəsinin (AEMK) nümayəndələri Aram Ambryan və Keyt Naapetyan ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorliklə görüşüblər.
Onlar amerikalı diplomatdan “Azərbaycanı müharibəyə yönələn addımlardan çəkindirməyi” xahiş ediblər.
Görüş zamanı AEMK sədri Kena Xaçikyanın məktubu Uorlikə təqdim olunub.
Məktubda Azərbaycan tərəfi Ermənistan və Dağlıq Qarabağa hücumlar etməkdə və atəşkəsi pozmaqda ittiham olunur.
/APA/