21 İyun 2018 14:09
1 102
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyanın paytaxtı Moskvada dəhşətli qəza baş verib.

Teleqraf.com “Life.ru”ya istinadən xəbər verir ki, Kutuzov prospekti ilə hərkət edən “Mercedes” markalı avtomobilin sürücüsü idarəetməni itirib. Nəticədə qarşı tərəfə keçərək mikroavtobus və daha iki maşınla toqquşub. Zərbənin gücündən “Mercedes” yanmağa başlayıb. Qəza zamanı 4 nəfər həlak olub. Onlardan ikisi yanaraq ölüb. Daha 2 nəfər isə xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdirilib.


Müəllif: Ruslan