Abxaziya Universitetinin iki tələbəsi Qara dənizdə boğularaq ölüb.
Teleqraf.com xəbər verir ki, hadisə iyunun 20-də baş verib.
FHN əməkdaşının sözlərinə görə, 2 tələbə boğulmaqda olan qızı xilas etmək üçün dənizə giriblər. Qız xilas olub, ancaq hər iki tələbə suda boğulub.
Tələbələrin cəsədlərinin tapılması üçün dalğıclar, qayıqlar və helikopter əraziyə cəlb olunub.
Onların meyitləri Suxumidə aşkarlanıb.