Fövqəladə Hallar Nazirliyi paytaxtda yaşayış binasında baş verən yanğınla bağlı açıqlama yayıb.
Fövqəladə Hallar Nazirliyindən Teleqraf.com-a verilən məlumata görə, hadisə Bakı şəhərinin Yasamal rayonunda hündürmərtəbəli yaşayış binasının birinci mərtəbəsində qeydə alınıb.
Belə ki, ümumi sahəsi 200 kvadrat metr olan mağazada elektrik lövhəsi və şaxtasından keçən kommunikasiya xətləri 63 p.m yanıb. Yanğın zamanı yanğınsöndürən və xilasedicilər tərəfindən mənzillərdən 7 nəfər (onlardan 2-si azyaşlıdır) xilas edilib, 25 nəfər bina sakini təhlükəsiz əraziyə təxliyə olunub.
Mənzillər yanğından mühafizə olunub. Yanğın söndürülüb.
***
12:09
Bakıda yaşayış binasında baş verən yanğın söndürülüb.
Bu barədə Teleqraf.com-a Fövqəladə Hallar Nazirliyindən bildirilib. Hazırda yanğının başvermə səbəbləri araşdırılır.
Ətraflı məlumat veriləcək.
***
11:44
Bakıda yaşayış binasında yanğın başlayıb.
Hadisə Yasamal rayonu, “Elmlər Akademiyası” metrosunun yaxınlığında, Hüseyn Cavid prospekti 81 ünvanında, “Mothercare” mağazasının yerləşdiyi binada qeydə alınıb.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri cəlb edilib. Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.