23 İyun 2018 21:40
595
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yevlaxda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Oğuz rayonundan Bərdə istiqamətinə hərəkətdə olan "QAZel" markalı yük avtomobili idarəetmədən çıxaraq aşıb.

Nəticədə sürücü, Bərdə rayon sakini, 1950-ci il təvəllüdlü Nəcib Əmiraslanov müxtəlif bədən xəsarətləri alıb. O, xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.


Müəllif: Mənbə/Report