24 İyun 2018 16:30
872
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının ən böyük qəbiristanlığı hesab edilən Yasamal qəbiristanlığında yanğın baş verib.

Teleqraf.com-un məlumatına görə, yanğın qəbiristanlığın kimsəsiz xristian qəbirlərinin olduğu hissədə baş verib. Yanğın quru otlaq sahədən başlayıb və alov 500 kvadratmetr ərazini əhatə edib.

Yanğın nəticəsində yaxınlıqdakı qəbirlərə də ziyan dəyib.

Alovun digər ərazilərə keçməsinin qarşısı alınıb.

Bu ərazilərdə yanğınların tez-tez baş verdiyi bildirilir. Buna səbəb isə ərazinin baxımsız, bərbad vəziyyətdə olmasıdır. Xəbərdaredici nişanlar qoyulsa da məzarlığı ziyarətə gələnlər buna əhəmiyyət vermir və siqaret kötüklərini yerə atırlar və bu da yanğınla nəticələnir.

Məzarlığın əksər hissəsində yanğın təhlükəsi hələ də qalmaqdadır. Vaxtında tədbirlər görülməzsə daha acı nəticələr yaşana bilər.

Qeyd edək ki, Yasamal qəbiristanlığı əsas üç hissədən ibarətdir. Burada müsəlman, yəhudi və xristian məzarlığı var.


Müəllif: Teleqraf.com