24 İyun 2018 22:24
595
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gəncə-Şəmkir avtomagistralında zəncirvari yol qəzası baş verib.

Hadisə yolun Göygöl rayonunun Quşqara kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

"Mercedes", "VAZ 2107" minik avtomobilləri və qoşqulu traktorun toqquşması nəticəsində 5 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.


Müəllif: Mənbə/APA