Ağ Evin sözçüsü Sarah Sanders ABŞ Prezidenti Donald Trampın türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğana seçkilərdəki qələbə münasibəti zəng vuracağını bildirib.
Teleqraf.com xəbər verir ki, ABŞ Dövlət Departamenti isə seçkinin nəticələri ilə bağlı “Türk seçicilərinin qərarına hörmətlə yanaşırıq” açıqlaması yayıb:
“Güçlü əlaqələrimizi bir daha vurğulamaqla Prezident Tramp və Türkiyə dövlət başçısı Rəcəb Tayyib Ərdoğan arasında görüşü tənzimləmək üçün işləyirik”.
Sanders görüşün nə vaxt keçiriləcəyinə dair məlumat verməyib.