Mingəçevir şəhərində ilansancma hadisəsi baş verib.
1963-cü il təvəllüdlü şəhər sakini Salamova Sona Əliyar qızı bazarda meyvə-tərəvəz almaq istəyən zaman əlindən ilan sancıb.
Xəstəxanaya yerləşdirilən qadının vəziyyəti orta-ağırdır.
İlkin ehtimala görə, ilan bazar ərazisinə hansısa kənd təsərrüfatı məhsulunun qutusunda gəlib.
Faktla bağlı araşdırma aparılır.