Havaların isti keçməsi ilə əlaqədar ötən bir ay ərzində Bakı Şəhər Təcili Tibbi Yardım Xidmətinə günvurma diaqnozu 49 nəfər ilə müraciət edib.
Bu barədə Teleqraf.com-a Səhiyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Günvurma şikayəti ilə müraciət edən şəxslərin 21-nə ambulator yardım göstərilib. 28 nəfərə isə orta dərəcəli günvurma diaqnozu qoyularaq stasionar tibb müəssisələrinə yerləşdirilib.
Müraciət edənlərin hər birinə lazımi tibbi yardım göstərilib, müvafiq müalicə tətbiq edilib və evə buraxılıb.
Müraciət edən 49 nəfərdən 32-i orta yaşlarında kişi , 4-ü azyaşlı, 9 qadındır. Aralarında ağır və həyati təhlükəsi olan olmayıb. Hospitalizə profilaktik məqsədlə tətbiq edilib.
İyulun 1-də günvurma ilə bağlı 20 müraciət qeydə alınıb.
Bildirilib ki, baş ağrısı və halsızlıq simptomları ilə özünü büruzə verən günvurma halları ilə vətəndaşların müraciətləri Bakı şəhəri Təcili Təxirəsalınmaz Tibbi Yardım Xidmətində qeydiyyata alınıb və nəzarətə götürülüb.
Vətəndaşlardan günvurmadan qorunmaq məqsədi ilə günorta vaxtlarında acıq havada çox olmamaq, qoruyucu vasitələrdən istifadə etmək, kifayət qədər sərin maye qəbul etmək tövsiyə olunur. Hətta yüngül dərəcəli günvurma halları olduqda vətəndaşın durumuna nəzarət məqsədi ilə ərazi poliklinikasına müraciət etməsi məsləhət olunur.