15 Avqust 2014 15:06
998
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev eks-spiker Rəsul Quliyevə 30 min dollar “atıb”. Bu barədə AzPolitika.info-ya Rəsul Quliyevə yaxın mənbələrdən məlumat daxil olub.

Məlumatda bildirilir ki, ötənilki prezident seçkiləri ərəfəsində bir neçə dəfə ABŞ və Avropada Rəsul Quliyevlə görüşən Fuad Əliyev, R.Quliyevi inandırıb ki, eks-spikerin seçkidə iştirakına ciddi dəstək verəcək. Bu məqsədlə qısa müddətdə kütləvi oxucu auditoriyası olan sayt və internet televiziyası yaratmaq iqtidarındadır. Çox gurultulu bəyanatlarla prezident seçkisinə hələ il yarım qalmış aktivləşən R.Quliyev isə Fuad Əliyevin bu vədinə inanıb. O vaxtkı ACP lideri Bakıdakı adamlarına F.Əliyevi maliyyələşdirmək tapşırığını verib. Qısa müddət ərzində F.Əliyevə 30 min dollar pul verilib.

Mənbə deyir ki, F.Əliyev partiyasının bir otağını “studiyaya” çevirərək internet televiziyası açdığını elan edib. Lakin xeyli vaxt keçsə də, bu layihənin uğur qazanmadığını görən R.Quliyev narazılıq etməyə başlayıb. Bakıdakı yaxınlarından birinin diqqəti yönəltməsindən sonra R.Quliyevin “seçki kampaniyasını” işıqlandırmaq məqsədilə yaradılmış “TV”-nin onlayn izləyicilərinin sayının həmin anda cəmi 7 nəfər olduğunu görərək qəzəblənən eks-spiker maliyyənin dayandırılmasını tapşırıb. Bundan qısa müddət sonra guya özünün ən böyük dəstəkçilərindən biri hesab etdiyi Fuad Əliyevin prezidentliyə namizədliyini elan etdiyi xəbərini eşidən R.Quliyev, əvvəlcə bu xəbərə inanmaq istəməyib. Lakin bir neçə mənbə ilə dəqiqləşdirdikdən sonra seçkilərdə Rəsul Quliyevə dəstək vədini vermiş Fuad Əliyevin belə bir addım atdığına inanıb, qəzəbdən nəsə deməyə dili söz tutmayıb…

Xatırladaq ki, zaman-zaman hakimiyyətin “əlinə oynamış” Fuad Əliyevin prezident seçkilərindən xeyli əvvəl qan-qan deyən Rəsul Quliyevin yanında peyda olması çoxlarını təəccübləndirmişdi. F.Əliyev Rəsul Quliyevin dəvəti ilə ABŞ-da səfərdə olmuş, orda eks-spikerlə müəyyən görüşlərdə iştirak edəndən bir müddət sonra onu Norveç səfərində də müşaiyyət etmişdi. R.Quliyev hətta Rusiya xarici işlər naziri Sergey Lavrova qəbul edilməsi xahişi ilə yazdığı gizli məktubda da Fuad Əliyevdən bəhs etmiş, “görüşə birlikdə gələcəyik”, deyə bildirmişdi.

Bundan sonra isə Rəsul Quliyevin təbliğatını aparacaq internet KİV-lərinin yaradılması işininin təşkilini də öz partiyasının sədrinə yox, Fuad Əliyevə həvalə etməsi təəcüb doğurmuşdu.

Lakin indi bəlli olur ki, Rəsul Quliyevlə Fuad Əliyevin bu müəmmalı əməkdaşlığı ikincinin 30 min dollar irəli düşməsi, eks-spikerin isə əsəb gərginliyi ilə nəticələnibmiş.

F.Əliyev isə "Teleqraf.com"a açıqlamasında ittihamları təkzib edib. O, bildirib ki, barəsində yazılanlar həqiqətə uyğun deyil.


Müəllif:

Oxşar xəbərlər