Mingəçevirdə mənzildən meyit tapılıb.
Teleqraf.com-un Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Mingəçevir şəhərində 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.
Hadisə yerinə cəlb olunmuş Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən-xilasediciləri giriş qapısını açmış və orada aşkarlanan 1957-ci il təvəllüdlü Mustafayeva Sahibə Mustafa qızının meyitini aidiyyəti üzrə təhvil veriblər.