Rumıniyanın Hərbi Hava Qüvvələrinə məxsus Rusiya istehsalı olan MİQ-21 Lanser döyüş qırıcısı qəzaya uğrayıb.
Teleqraf.com xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyi məlumat yayıb.
Qəza Feteştdəki 86-cı hərbi bazanın 10 kilometrliyində baş verib. Təyyarənin pilotu 36 yaşlı leytenant Floruin Rotaru həlak olub.
Faktla bağlı araşdırma aparılır.