Bakı şəhərinin Xətai rayonunda 2 nəfər azyaşlı giriş qapısının təsadüfən kilidlənməsi nəticəsində mənzildə köməksiz vəziyyətdə qalıb.
Teleqraf.com-un FHN-ə istinadən verdiyi məlumata əsasən, hadisə yerinə cəlb olunmuş Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin qapısını açıbş və azyaşlıları aidiyyəti üzrə təhvil veriblər.
Əməliyyat başa çatıb.