9 İyul 2018 15:35
1 115
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Binəqədi rayonunda quldurluq hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, bir qrup şəxs paytaxt sakini Elmir Hümbətzadənin yaşadığı evə basqın edib.

Onlar Elmir Hümbətzadəni döyüb, içərisində 382 manat və açar olan pulqabısını alıblar.

Zərərçəkmiş baş verən quldurluq hadisəsi ilə bağlı 6-cı polis bölməsinə müraciət edib.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən Elmir Hümbətzadənin tanışları – Ağcabədi rayon sakinləri Hikmət Soltanov, Sədi Kərimov və Pərviz Sultanov saxlanılıb.

Faktla bağlı cinayət işi başlanıb.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər