Bakı-Qazax avtomobil yolunda ağır qəza baş verib, ölənlər var.
Göygöl rayonunun Balçılı kəndi ərazisində Tərtər rayon sakini, 1988-ci il təvəllüdlü Aydınzadə Fuad Zabil oğlu idarə etdiyi "Mercedes" markalı avtomobillə hərəkətdə olan zaman idarəetməni itirib və yolun kənarındakı maneəyə çırpılıb. Nəticədə sürücünün anası və 7 aylıq körpəsi hadisə yerində ölüb.
Hadisə zamanı sürücü və avtomobildə olan sərnişinlər, sürücünün arvadı və bacısı müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya çatdırılıblar. Sürücü F.Aydınzadə xəstəxanada ölüb.
Tərtər rayonundan Şəmkir rayonuna toy mərasiminə gedən bir ailənin 7 üzvü yol qəzasına düşüb. Hadisə nəticəsində 3 nəfər ölüb, 4 nəfər yaralanıb.
Ölənlər:
Fuad Aydınzadə (1988),Bənövşə Aydınzadə (1963),Nuray Yadınzadə (7 aylıq).
Yaralılar:
Aydınzadə Nuranə (1995),Aydınzadə Nİgar (1987),Aydınzadə Əli (2008),Aydınzadə Zəhra (2011).