10 İyul 2018 18:53
683
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yaponiyada baş vermiş daşqınlar nəticəsində ölənlərin sayı 156 nəfərə çatıb.

Teleqraf.com xarici KİV-ə istinadla xəbər verir ki, Yaponiya baş nazirinin mətbuat katibi Yoşidide Suqa 57 nəfərin də itkin düşdüyünü açıqlayıb.

Leysan yağışları və daşqınlardan ən çox Xirosima, Exime, Okayama, Yamaquçi, Kyoto, Gifu, Hyoqo, Koçi və Fukoko bölgələri zərər görüb.

Ölkədə baş verən təbii fəlakətə görə, Baş nazir Şinzo Abe Avropa və Yaxın Şərq ölkələrinə səfərlərini təxirə salıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər