10 İyul 2018 20:28
1 873
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyada 17 yaşlı Sara Zaqidullia adlı qadın sevgilisinin keçmiş arvadı olan Aleksandra Dulesovanın hücumuna məruz qalıb.

Teleqraf.com xəbər verir ki, Aleksandra dostları ilə birlikdə Saranın evinə gəlib. Onlar Saranın saçını kəsib, sifətinə nəcis sürtdükdən sonra ona cinsi təcavüz ediblər.

"Dostlar" hamamdakı duşun başlığını Saranın daxili orqanına yeridərək həyatı üçün təhlükə yaradacaq hərəkətlər törədiblər.

Aleksandra və rəfiqələri Saranın evindən pulları, zinət əşyaları və bahalı geyimləri götürüblər.

Sara dərhal polisə zəng edib. Xəstəxanaya yerləşdirilən qadına tibbi yardım edilib. Həkimlər qadının uşaqlıq yolunun ciddi şəkildə zədələndiyini və onun analıq imkanlarından məhrum olduğunu bildiriblər.

Aleksandra və rəfiqələri polis tərəfindən saxlanılıb. Aleksandra hamilə olduğu üçün zaminə buraxılıb. Rəfiqələrinin isə barələrində həbs qətimkan tədbiri seçilib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər