14 İyul 2018 00:39
579
12 Punto 14 Punto 16 Punto 18 Punto

Lənkəranda dənizdə 1 nəfər boğulub, daha biri xilas edilib.

Teleqraf.com-un Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Lənkəran şəhərində dənizdə (nəzarətsiz ərazidə) 2 nəfərin batması barədə məlumat daxil olub.

Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən 1 nəfər xilas edilib, digər 1996-cı il təvəllüdlü Aslanov Şəmsəddin Rahim oğlu sudan çıxarılaraq Təcili Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının həkim briqadasına təhvil verilib və xəstəxanaya aparılarkən yolda keçinib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər