14 İyul 2018 00:25
1 700
12 Punto 14 Punto 16 Punto 18 Punto

Cümə günü, iyulun 13-də Bakıda, metronun “Həzi Aslanov” stansiyasının yaxınlığında yerləşən Xudu Məmmədov küçəsi, 18 ünvanındakı çoxmərtəbəli yaşayış binasında lift qırılaraq şaxtaya düşüb.

Teleqraf.com xəbər verir ki, hadisə baş verən vaxt liftin kabinasında 3 böyük və 3 azyaşlı olub.

Nəticədə, liftdəkilərin hamısı müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Yaralılardan üç nəfəri Sabunçu rayonundakı 3 saylı kliniki tibbi mərkəzə, daha iki nəfəri isə 1 saylı kliniki xəstəxanaya çatdırılıblar. Yüngül xəsarət almış bir nəfərə hadisə yerində ilkin tibbi yardımn göstərilib.


Müəllif: Teleqraf.com