Pirallahı qəsəbəsi ərazisində iyulun 15-də sahibsiz itlərə silahdan atəş açan şəxs rayon polis şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Teleqraf.com-a verilən xəbərə görə, araşdırmalarla onun qəsəbə sakini Qismət İmanov olduğu müəyyən edilib.
Ondan müvafiq sənədləri olmayan ov tüfəngi və 1 ədəd patron aşkar edilərək götürülüb.
Faktla bağlı Pirallahı rayon polis şöbəsində araşdırma aparılır.