Bakının Suraxanı rayonunda ağır yol nəqliyyat hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, rayonun Əmircan qəsəbəsi ərazisində Bakı şəhər sakini Turan Məmmədova idarə etdiyi “Hyundai” markalı avtomobillə yolu keçən paytaxt sakini Gülnarə Hüseynovanı vurub.
Ağır bədən xəsarətləri alan qadın hadisə yerində ölüb
Faktla bağlı Suraxanı rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.