Bakıda mənzildən 76 yaşlı qadının meyiti tapılıb.
Bu barədə Teleqraf.coma Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Məlumatda bildirilib ki, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhərinin Xətai rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Hadisə yerinə cəlb olunmuş Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açmış və orada aşkarlanan 1942-ci il təvəllüdlü Peolojençevo Raisa İvanovnanın cəsədini aidiyyəti üzrə təhvil veriblər.