19 İyul 2018 12:05
2 278
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Altes Plaza" yaşayış və biznes mərkəzində baş vermiş yanğın söndürülüb.

Yasamal rayon Dövlət Yanğından Mühafizə İdarəsindən bildirilib ki, yanğın binanın 3-cü mərtəbəsində yerləşən restoranın şaxtasında baş verib. Şaxtaya toplanmış tullantıların alovlanması nəticəsində binanın damından qatı tüstü çıxıb və insanlar oradan təxliyyə edilib.

Artıq yanğın tam söndürülüb.

***

10:37

Bu gün saat 10 radələrində Yasamal rayonu İ.Qurtqaşınlı küçəsində yerləşən "Altes Plaza" yaşayış və biznes mərkəzində yanğın başlayıb. Hadisə yerinə bir neçə yanğınsöndürmə briqadası cəlb edilib.

Yanğından Mühafizə Xidmətindən bildirilib ki, binanın damından tüstü qalxıb, lakin açıq alov müşahidə edilmir. Hazırda yanğın yerinin müəyyənləşdirilməsi və söndürülməsi istiqamətində iş aparılır.

Hadisə ilə bağlı əlavə məlumat veriləcək.


Müəllif: Teleqraf.com