20 İyul 2018 09:43
505
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mingəçevir şəhərində "Mercedes" markalı minik avtomobilinin mühərrik hissəsi yanıb.

Teleqraf.com Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

Sabirabad rayonunun Qaragüney kəndində ümumi sahəsi 35 m2 olan köməkçi tikilinin qamışdan ibarət dam örtüyünün yanar konstruksiyaları yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.


Müəllif: Teleqraf.com