21 İyul 2018 07:53
1 450
12 Punto 14 Punto 16 Punto 18 Punto

Güney Azərbaycandan olan milli-mədəni fəallar sosial şəbəkədə İranın təhsil naziri Məhəmməd Bəthayiyə qarşı kampaniyaya başlayıblar.

Teleqraf.com xəbər verir ki, “Tvitter Fırtınası” adlanan kampaniya çərçivəsində təhsil nazirinin Azərbaycan və digər qeyri-fars dillərinə qarşı irqçi çıxışlarına etiraz edilir.

Milli fəallar Prezident Həsən Ruhaniyə müraciət edərək, naziri öz vəzifəsindən uzaqlaşdırmağa çağırıblar. Onlar bu barədə Ruhaninin Tvitter-dəki hesabına məktub göndəriblər.

Qeyd edək ki, İranın təhsil naziri Məhəmməd Bəthayi məktəblərdə qeyri-fars dillərin tədrisinin qadağan olunduğunu və bu dillərin İran üçün təhlükə olduğunu bildirib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər