21 İyul 2018 17:35
677
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya vətəndaşı olan kişi Keniyada hücuma məruz qalıb, müqavimət göstərərkən isə odlu silahdan açılan atəş nəticəsində öldürülüb.

Teleqraf.com xəbər verir ki, mərhum “Volvo Motors” şirkətinin Ati-River şəhəriciyində yerləşən müəssisəsində işləyirmiş. Hadisə rusiyalı paytaxt Nayrobiyə gedərkən baş verib.

Cinayətkar hadisə yerindən qaçıb gizlənməyə müvəffəq olub.

Keniya polisi hazırda cinayətkarın axtarışı ilə məşğuldur. Polisdən bildirilib ki, cinayət qarət məqsədilə törədilib.


Müəllif: Səxavət

Oxşar xəbərlər